Qorxu
- mhajieva

- Apr 30
- 3 min read
Qorxu. İllər əvvəldən diqqətimi çəkən mövzudur. Görürəm ki, hazırda bu məzmun məni daha geniş perspektivdən baxmağa vadar edir ki, bunun üçün də imkanlarım hazırda məhduddur. Odur ki, bu mövzudakı yazımı tamamlanmış bir məqalə adlandırmağa tərəddüd edirəm. Yenə də, uzun-uzadı yazılarla yormamaq üçün, bu kiçik parçanı paylaşıram.
Ümid edirəm, mən yazmaqdan zövq aldığım qədər, siz də oxumaqdan zövq alarsınız.
Qorxu bir hiss - ətrafa olan münasibət kimi
Qorxu bir hiss olaraq ətrafımızdakı hər hansı bir obyektə (insan, fikir, əşya, proses və s.) olan münasibətimizi bildirən bir misaldır. Yəni biz bir obyektdən yalnızca qorxmaq deyil, həm də müxtəlif şərtlərdən asılı olaraq nifrət edə, sevə, təəccüblənə bilirik.
Diqqət etdiyim bir məqam ondadır ki, hislərimizi ifadə edərkən, dil maneəsinin yaratdığı çətinliklər var. Xüsusən də, Vətəndən uzaqda yaşayarkən, artıq ikinci, üçüncü və s. dillərdə danışmaq bir zərurət ikən, özünü dərindən ifadə etmək imkanları bir dövrdə getdikcə çətinləşir. Dərin yaşanan, həlledici məqamlarda təcili və vacib olan məsələlərdə məhz nəyi nəzərdə tutduğunu, nə istəyib nə hiss etdiyini dəqiqliklə ifadə etmək üçün bəzən sadəcə söz yetmir.
Müxtəlif dillərdə qorxunun ifadəsi
Burada “qorxu” mövzusundan qaynaqlanaraq, bir insanın sadəcə hislərinin ifadəsi məsələsini misal olaraq götürmək istərəm. Belə ki, ana dilində hissimizi “qorxuram”, - deyə ifadə edərkən bunu bir başqa dildə, asanlıqla “I fear”, “я боюсь”, “korkuyorum” və s. kimi bildiririk. Lakin, mövzu zənn etdiyimizdən daha vacib ikən, bir də baxırıq ki, yaşanılan hiss elə dərindir ki, onu ifadə etməyə, açıqlamağa söz belə yetmir.
Odur ki, mövzuya aludə olmuşkən özümə müxtəlif lüğətlərdən qeydə aldığm söz və onların izahını sizinlə də kiçik bir misal olaraq paylaşıram.
En:
Fear the feeling that you have when you think that something bad might happen.
Anxiety
a feeling of worry and fear
Ru:
Страх Очень сильный испуг, сильная боязнь.
Боязнь Беспокойство, страх перед кем-чем-н.
Испуг Внезапное чувство страха, состояние испугавшегося.
Опасёние Чувство тревоги, беспокойство, предчувствие опасности.
Предчувствие Чувство ожидания чего-н. предстоящего и неизвестного.
Беспокойство Нарушение покоя.
Тревога Беспокойство, волнение (обычно в ожидании опасности или чего-н. неизвестного).
Волнение Сильная тревога, душевное беспокойство Движение волн на водной поверхности.
Az:
Qorxu Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof.
Əndişə Fikir, qayğı. Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu.
Lərzə Titrəmə, titrəyiş, əsmə.
Həyəcan Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab.
Təşviş Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan.
Təlaş Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə.
Nigarançılıq / nigaranlıq Nigaran hal, narahat vəziyyət, narahatçılıq.
Nigaran Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat.
Narahatlıq Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. Sıxıntı hissi, həyəcan, təlaş, nigarançılıq, təşviş.
Tr:
Korku Bir tehlike veya tehlike düşüncesi karşısında duyulan kaygı, üzüntü
Kaygı Üzücü veya kötü bir şey olacak korkusundan doğan tedirgin edici duygu; düşünce, tasa, küşüm, endişe, gam
Tedirginlik Tedirgin (rahatı, huzuru kaçmış) olma durumu
Huzursuzluk Huzursuz (Huzuru olmayan, tedirgin; rahatsız) olma durumu
Endişe Kaygı
Lt:
Baimė jausmas, susijęs su tikru ar įsivaizduojamu pavojumi
būgštavimas → būgštauti: Nepagrįsti̇̀ bū́gštavimai. Išgyvẽnimo stiprùmas ir̃ i̇̀šraiška (báiminimasis, bū́gštavimas, i̇̀šgąstis, siaũbas ir̃ t. t.) priklaũso nuõ pavõjaus póbūdžio. Žmónės paprastai̇̃ ti̇̀kisi, kàd bū́gštavimai dė̃l ateitiẽs nepasitvi̇̀rtins, õ vil̃tys pasitéisins.
bū́gštauti, -auja, -avo kiek bijoti; sin. baimintis, gąsčioti.
Nuogąstavimas Nuogąstauti
nuogąstáuti, -áuja, -ãvo būgštauti, baimintis, bijoti.
Əlbəttə ki, dil maneəsi məsələsini konfliktlər üçün yeganə və mütləq bir təsiredici olaraq görmədiyim kimi, az əhəmiyyətli hesab edilib gözdən qaçırılması ilə də razı deyiləm.
Qorxaqlıq və cəsarət
Qorxu hissinə qayıtsaq, bu sözün adətən, neqativ mənada işləndiyini görürəm. Qorxu bir çox mədəniyyətlərdə cəsarət ilə qarşılışdırılaraq məhz daha alçaq, kiçik, az əhəmiyyətli bir keyfiyyət olaraq qiymətləndirilir. İnsanlar daha çox cəsarəti ilə təqdir edilir. Halbuki, cəsarət də həddi və yeri gəldikdə məhz təqdirə layiq hal almalıdır.
Bəzən insan bir başqasının qəlbini qırmamaq, bir cana qıymamaq üçün özündən, gücündən qorxur. Məhz qorxduğu üçün qarşısındakına mərhəmətli davrana bilir.
Eynilə qaçmaq kimi. Bəzən insan özünə zərər gələcəyindən qorxduğu üçün deyil, zərər verəcəyindən ehtiyat etdiyi üçün qalmağı deyil, qaçmağı seçir.
Odur ki, qorxu, qorxaqlıq heç də həmişə alçaq, kiçik bir şəxsiyyət göstəricisi deyildir, əksinə, bu məzmunda cəsarətdən, güc göstərişindən, hətta qəhrəmanlıqdan belə çox daha ali keyfiyyət olaraq görülə bilər.
Son olaraq vurğulayım ki, qorxu bir hissdir. Bütün digər hisslər və münasibətlər kimi, qorxu da hədd, yer, doğru zaman, müvafiq şərtlər, baxış bucağı, xülasə, qiymətləndirildiyi məzmun etibarilə hər biri təqdirəlayiqdir.
Visual art:
«BY THE SEA» by Babak Fatholahi



Comments