top of page

Zəiflikdə gizlənən həmin o güc

  • Writer: mhajieva
    mhajieva
  • Sep 5
  • 2 min read

Bəzən elə olur ki, imtahanın ən çətin suallarına hazırlaşırsan, amma ən sadə tapşırıqlarda uğursuz olursan… Və bəzən, insanlar məni “güclü”, cəsur, bilikli, xarizmalı, zərif, onurğalı və s. olaraq təsvir etdikdə, əlbət ki, məmnun oluram. Lakin bir digər yandan isə, hərdən canımı ağrıdır, çünki insanlar bəzən obrazımı idealizə edə bilir və mənim də ən sıradan bir insan olduğumu nəzərdən qaçırırlar.

Mən də bir çoxları kimi həyatın bəzi sualları ilə çətinlik çəkirəm, bəlkə də onlar üçün bu sualları həll etmək mənim üçün olduğundan daha asandır. Amma onlar bu məsələdə öz dəyərini qiymətləndirmirlər.

Və mən, bu nümunədə, mütləq güclü olmaq deyil, xoşbəxt olmaq istərdim.


"Achilles - The Warrior God" by Sumit Bansode
"Achilles - The Warrior God" by Sumit Bansode

Ümumilikdə, bu dinamika mənə Akhilleusun obrazını xatırladır, ya da mənə daha dərin görünən şəkildə, Azərbaycan xalq nağıllarındakı Divin hekayəsini. Çünki, möhtəşəm gücünə baxmayaraq, Akhilleusun zəif nöqtəsi vardır — simvolik olaraq topuğu.

Divin hekayəsində isə bu daha da cazibədar görünür. Div ümumiyyətlə güclü və yenilmaz kimi təsvir olunur, amma bu halda o, qüdrətli bir pis obrazdır. Yenə də onun bir zəif nöqtəsi vardır — ruhu, fiziki bədənindən ayrı olaraq şüşə qabda saxlanılır; Akhilleusdan fərqli olaraq.

Divin fərqli təsvirlərində bu bəzən şüşə qabın özü deyil, içindəki quş kimi göstərilir. Quşu öldürərək, nağılın baş qəhrəmanı Divin ruhunu (canını) alır.

Bu təsvirdə diqqətimi çəkən məqam budur: nə qədər “güclü” görünürüksə də, hamımız təbiətin canlı parçalarıyıq və bir şeyə deyilsə belə, bir-birimizəb bir şəkildə bağlıyıq.

Amma bu məqamda, məndə bir sual yaranır: bəs quşu öldürmək əvəzinə onu qoruma altına alsaq, tumarlasaq, sevsək, onda necə? Bəs Divin — həmin o “mənfi obrazın” — üzündəki gülümsəməni və mərhəməti görsək, necə? Dolayısı ilə, bir Div üzərində gücə sahib olmaq üçün onun canını almaq mütləq deyildir, əksinə, bu, onun həyatını qoruyaraq da mümkündür. Bəlkə Div özü də bu münasibətə nə qədər ehtiyac duyması həqiqəti ilə təəccüblənərək üzləşər?

Çünki bəzən həqiqi güc qələbədə deyil, bəlkə də məğlubiyyətdə və ya həmin o zəif cəhətimizdədir.

"Remember" by Josh Groban

Artwork:

  • "Achilles - The Warrior God" by Sumit Bansode

Comments


  • linkedin
  • instagram
  • goodreads
  • facebook
  • threads

© 2025 by @mhajieva. All rights reserved.

bottom of page