top of page

Psixologiya: Elm, yoxsa Psevdoelm?

  • Writer: mhajieva
    mhajieva
  • Apr 25, 2020
  • 1 min read

Updated: Aug 19, 2024

İnsan davranışının proqnozu üzrə çox sayda fikir, mülahizə və iddialar mövcuddur. Ətrafınızda çox sayda insandan “psixologiyada belə bir bilgi var..” ilə başlayan iddialar eşidirsiniz. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Doğrunu yanlışdan necə ayırmalı? Eşidib gördüyümüz bütün fikir və iddiaların mənbəyi həqiqətən də psixologiyadırmı?

Elmi yanaşmanın 8 güclü tərəfi vardır (Mark L. Mitchell, 2007):

  1. ümumişlək qaydaları aşkar edir;

  2. obyektiv dəlillər toplayır;

  3. ölçüləbilən iddialar yaradır;

  4. iddialara skeptik, tənqidi yanaşmanı mənimsəyir;

  5. yeni iddialara açıqdır;

  6. yaradıcıdır;

  7. ictimaiyyətə açıqdır;

  8. məhsuldardır.

Psixologiya, elmin bu prinsiplərini təmsil etdiyi üçün, məhz elm hesab olunur. Eşidib gördüyünüz iddiaların mənbəyi və mənşəyi bəlli deyilsə, və ya mənbəyi olan qurum, resurs elmin təmsilçiləri tərəfindən tanınmırsa, bu məlumatlar etibarlı hesab olunmur. Ya şəxslərin subyektiv fikri, yaxud sadəcə müşahidələrinə əsaslanan qənaətdir. Lakin hələ də elmi cəhətdən sübut olunmuş, sınanılmış və ölçülmüş məlumat deyildir.

Ədəbiyyat siyahısı

Mark L. Mitchell, J. M. (2007). Science, Psychology, and You. In J. M. Mark L. Mitchell, Reserach Design Explained, 7th Edition. Belmont, CA 94002-3098: Wadsworth.

 

Comments


  • linkedin
  • instagram
  • goodreads
  • facebook
  • threads

© 2025 by @mhajieva. All rights reserved.

bottom of page